BAKI, 4 iyul. TELEQRAF
Bakının Sabunçu rayonunda yol qəzası baş verib.
Teleqraf xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
Yavər Əliyev küçəsində 113 nömrəli marşut üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü sükana nəzarəti itirib.
Avtobus fərdi yaşayış evinə çırpılıb. Qəza nəticəsində sərnişinlər 1986-cı il təvəllüdlü Diana Həmzəyeva, 1961-ci təvəllüdlü Mirzəyev Ağalar Dilavər oğlu, 2005-ci il təvəllüdlü Hüseynova Fatimə Telman qızı və bacısı Hüseynova Zəhra müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Hazırda onlar müayinə edilir.