Nizami Kino Mərkəzi qədim ənənələri bərpa edir.

Teleqraf.com xəbər verir ki, bundan sonra tamaşaçılar mərkəzdə yalnız filmə baxmaqla kifayətlənməyib, konsert proqramlarının iştirakçıları da ola bilərlər. Mərkəzdə ilk konsert verəcək müğənni isə məşhur italyan müğənnisi Marko Querzoni olacaq.

Belə ki, oktyabrın 13–dən 18-dək Nizami Kino Mərkəzin “Nizami Restaurant & Lounge” restoranının səhnəsində Marko Querzoni geniş konsert proqramı ilə çıxış edəcək. İncə zövqlə dizayn edilmiş məkanda İtaliya musiqisini dinləyən tamaşaçılar üçün milli və Avropa yeməklərindən ibarət furşetdə təşkil ediləcək.

Nərmin