BAKI, 24 iyun. TELEQRAF

İllik inflyasiya hədəf daxilindədir və baza ssenari üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, 2026-cı ilin mayında 12 aylıq inflyasiya 5.6% təşkil edib.

İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.6%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.9% olub. İllik baza inflyasiya 5.6% təşkil edib.