BAKI, 24 iyun. TELEQRAF

Türkiyə İran və ABŞ arasındakı danışıqların müsbət nəticələnməsini təqdir edir.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisin sədri Numan Kurtulmuş Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, razılaşmaya onun müddətinin sonunadək əməl olunacağına ümid edir:

“Ümid edirik ki, aparılan danışıqlar müsbət nəticə verəcək və ABŞ ilə İsrail tərəfindən həyata keçirilən bu müharibə tamamilə dayandırılaraq bölgədə əsl sülh mühiti təmin ediləcək”.