SABİRABAD, 24 iyun. TELEQRAF

2015-ci illə müqayisədə 2025-ci ildə pambıq əkini sahələri 5,4 dəfə artıb.

Teleqraf-ın Sabirabada ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirədə deyib.

Nazir bildirib ki, 2015-ci illə müqayisədə 2025-ci ildə pambıq istehsalı 10,3 dəfə artıb.

Onun sözlərinə görə, 2015-ci illə müqayisədə 2025-ci ildə pambığın məhsuldarlığı 2 dəfəyə yaxın yüksəlib.

"Pambıq üzrə ən çox əkin sahələrinə malik rayonlar Saatlı (12,6 min ha), Ağcabədi (11,8 min ha) və Sabirabad (11,1 min ha) rayonlarıdır. 2025-ci ildə ümumi pambıq əkinlərinin 35,3%-i bu üç rayonun payına düşüb. Pambıq istehsalında lider rayonlar Saatlı (45,7 min ton), Ağcabədi (41,3 min ton) və Beyləqandır (37,5). 2025-ci ildə ümumi pambıq istehsalının 34,3%-i bu üç rayonun payına düşüb. Məhsuldarlıq göstəricilərinə görə lider rayonlar Beyləqan (4,2 ton/ha), Biləsuvar (4,1 ton/ha) və Neftçala (4,0 ton/ha) rayonları olub", - deyə qeyd edib.