BAKI, 17 iyun. TELEQRAF
“Pakistan iyunun 19-dək təxirə salmağı xahiş etsə də, Vaşinqton ABŞ-İran memorandumunun mətnini iyunun 17-də dərc etmək istəyir”.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib.
“Tam mətnə gəlincə, iranlılarla bu razılaşmanın əldə olunmasında mühüm vasitəçilik rolu oynamış pakistanlılar bizdən xahiş ediblər ki, hələlik tam mətni dərc etməyək. Bildiriblər ki, sənəd ən geci cümə gününə qədər ictimaiyyətə açıqlanacaq. Biz isə, əslində, onların bunu bu gün dərc etmələrinə təkan verməyə çalışırıq, çünki Amerika xalqına bu razılaşmanın konkret olaraq nələri ehtiva etdiyini izah etmək istəyirik”, - Vens vurğulayıb.