BAKI, 16 iyun. TELEQRAF
ABŞ administrasiyası Tehranın müqavilənin şərtlərinə əməl etmədiyinə inanarsa, İrana qarşı zərbələri və dəniz blokadasını yenidən bərpa edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib.
Vitse-prezident ABŞ-nin bu cür addımlarının mümkün olub-olmadığı sualına cavabda qeyd edib: “Bu, baş verə bilər. Bu, blokadaya qayıtmaq sayıla, çox şeyi ifadə edə bilər”.
Xatırladaq ki, bundan əvvəl ABŞ, İran və vasitəçi Pakistan Vaşinqton və Tehran arasında hərbi əməliyyatların dayandırılması məqsədi daşıyan razılaşmanı təsdiqləyib. Sənədin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır.