BAKI, 8 may. TELEQRAF
ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Tom Barrett İrana hərbi güc tətbiqini məhdudlaşdırmaq və münaqişəni avqustun 29-dək dayandırmaq üçün qanun layihəsi təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Nəşr yazıb ki, Teranın nüvə proqramına qarşı və Hörmüz boğazının təhlükəsizliyini təmin etmək də daxil olmaqla, hərbi gücdən istifadə üçün şərtlər müəyyən edən qanun layihəsi bu müddətdə İranda quru qüvvələrinin istifadəsini qadağan edir.
Mənbə Tom Barrettin belə bir qanun layihəsi hazırlamasını Konqresdə Respublikaçılar arasında artan narazılığın göstəricisi hesab edir.