BAKI, 6 may. TELEQRAF

“ABŞ ilə İran arasında birbaşa danışıqlar barədə düşünmək üçün hələ tezdir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “New York Post”a deyib.

Mümkün çərçivə razılaşması ilə bağlı nikbin xəbərlərə baxmayaraq, Tramp bildirib ki, Pakistanda danışıqları bərpa etmək barədə düşünmək üçün hələ tezdir.