BAKI, 23 aprel. TELEQRAF

“ABŞ Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazı sularında mina yerləşdirən istənilən gəmini dərhal məhv etməyi əmr etmişəm. Heç bir tərəddüd olmamalıdır”.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

“ABŞ Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazı sularında mina yerləşdirən istənilən gəminin böyük-kiçikliyindən asılı olmayaraq dərhal məhv etməyi əmr etmişəm. İranın bütün hərbi gəmilərinin hamısı - 159-u dənizin dibindədir. Heç bir tərəddüd olmamalıdır.

Bundan əlavə, bizim mina təmizləyən gəmilərimiz hazırda boğazı təmizləyir. Mən bu fəaliyyətin davam etdirilməsini, üçqat artırılmasını əmr edirəm”, - Amerika lideri vurğulayıb.