BAKI, 21 aprel. TELEQRAF
“Çin İran rejiminin gücləndirilməsinə kömək edir”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyli deyib.
“ABŞ-nin ötən həftəsonu Hörmüz boğazında saxlaladığı İran gəmisi Çinə üzürdü. Bu gəmi ilə raketlər üçün kimyəvi maddələr daşınırdı. Çin İran rejiminin gücləndirilməsinə kömək edir, bu faktı gözardı etmək olmaz”, - keçmiş diplomat bildirib.