BAKI, 16 mart. TELEQRAF

“Neft qiymətlərinin cilovlanması üçün istənilən tədbir İranla müharibənin nə qədər davam edəcəyindən asılı olacaq”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.

“Müharibənin nə vaxt bitəcəyini demək mümkün deyil”, - o bildirib.

ABŞ-nin maliyyə naziri Hörmüz boğazından durumla bağlı isə söyləyib: “Hazırda Hörmüz boğazından çoxlu sayda gəmi, o cümlədən yanacaq daşıyan Hindistan, İran və Çin gəmiləri keçir. Görünür, İran Hörmüz boğazında keçidi açıq saxlayır”.