BAKI, 16 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın martın sonu - aprelin əvvəlində Çinə planlaşdırılan səfəri İranda davam edən hərbi əməliyyatlar səbəbindən təxirə salına bilər:
teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt məlumat verib.
“Hazırda İranda müharibə vəziyyətində olduğumuzu nəzərə alsaq, təxirə salınması tamamilə mümkündür. Liderlər səviyyəsində müzakirələr aparılır və səfər təxirə salınarsa, mümkün qədər tez yeni tarixləri açıqlayacağıq. Bu, əslində yalnız zaman məsələsidir. Prezidentin Ali Baş Komandan kimi əsas məsuliyyəti Ağ Ev və ölkəsində 24/7 həyata keçirdiyi “Epik Qəzəb” əməliyyatının davamlı uğurunu təmin etməkdir”, - o vurğulayıb.
ABŞ-nin maliyyə naziri Skott Bessent də bəyan edib ki, Donald Trampın Çinə gözlənilən səfəri təxirə salına bilər.
Nazir CNBC-yə müsahibəsində ABŞ Prezidentinin Çinə səfərinin və bu ölkədən olan həmkarı Si Cinpinlə görüşünün təxirə salına biləcəyini söyləyib. Amma Bessent bunun Hörmüz boğazı ilə bağlı tərəflər arasındakı fikir ayrılıqları ilə bağlı olmadığını iddia edib.
Səfərin cədvəlinin dəyişdirilməsi ilə bağlı hansısa qərar logistika məsələləri və Donald Trampın İranla müharibə zamanı ABŞ-də qalıb-qalmamaq istəyi ilə bağlı olacaq.