BAKI, 13 mart. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens başlamamışdan əvvəl İranda hərbi əməliyyata qarşı çıxıb.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadla məlumat yayıb.

Vitse-prezident əməliyyatdan əvvəl ABŞ Prezidenti Donald Trampın siyasətini açıq şəkildə dəstəkləməsinə baxmayaraq, belə bir addıma qarşı olduğunu açıq şəkildə bildirib. “Politico”nun mənbələri Vensin bu məsələyə şübhə ilə yanaşdığını və uğurlu olmayacağı ehtimalından narahat olduğu üçün buna qarşı çıxdığını deyiblər.

“Vensin rolu bütün baxış nöqtələrini prezident və administrasiyaya təqdim etmək, vəziyyəti müxtəlif bucaqlardan göstərməkdir. O, məhz bunu edir. Amma qərar qəti olduqda, razılaşır”, - mənbə əlavə edib.