BAKI, 23 fevral. TELEQRAF

“Türkiyə qarşıdakı beş il ərzində nüvə silahı əldə edə bilər”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş rəsmisi Maykl Rubin Hindistan KİV üçün yazdığı məqalədə bildirib.

“Türkiyə NATO üzvü olduğu üçün və 5-ci maddənin təmin etdiyi müdafiə sayəsində nüvə imkanlarını inkişaf etdirə bilər. Bu maddə bir üzv ölkəyə edilən hücumu hamıya edilmiş hücum kimi tanıyır”, - o bildirib.

Maykl Rubin vurğulayıb ki, Türkiyənin NATO üzvü olması Ankaranın nüvə qabiliyyətini inkişaf etdirməsinin qarşısını hərbi əməliyyatlarla almaq imkanını çətinləşdirir.

“Əgər Türkiyə nüvə bombası istəyirsə, xüsusən də bu il “Akkuyu” nüvə reaktorunun açılması ilə birlikdə, bunu beş il ərzində reallaşdıra bilər”, - Pentaqonun sabiq rəsmisi əlavə edib.