BAKI, 6 fevral. TELEQRAF
ABŞ administrasiyası hələlik İrana qarşı mümkün hərbi əməliyyatın məqsədlərini müəyyənləşdirməyib.
Teleqraf xəbər verir ki, bu barədə “NBC News” ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Rəsmilərin sözlərinə görə, Prezident Donald Tramp hələlik ABŞ qoşunlarının İranda nəyə nail olmalı olduğuna dair konkret göstərişlər verməyib. Bundan əlavə, telekanalın mənbələri qeyd ediblər ki, ABŞ lideri mümkün hərbi əməliyyatların konkret hədəfləri ilə bağlı da hələ qərar qəbul etməyib.