BAKI, 6 yanvar. TELEQRAF

“ABŞ-nin Venesuelaya müdaxiləsi BMT-ni Üçüncü Dünya müharibəsinin qarşısını almaq üçün mövcud olan yeganə mexanizm kimi zəiflədir”.

Teleqraf xəbər verir ki, bunu BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk deyib.

“Venesuelanın suverenliyi və BMT Nizamnaməsinin pozulması olan bu hərbi müdaxilə beynəlxalq təhlükəsizlik arxitekturasına zərər verir və hər bir ölkəni daha az təhlükəsiz edir. Bu, Üçüncü Dünya müharibəsinin qarşısını almaq üçün yeganə mexanizmimizi - Birləşmiş Millətlər Təşkilatını zəiflədir”, - Türk vurğulayıb.