BAKI, 6 yanvar. TELEQRAF
ABŞ xüsusi təyinatlılarının Venesuelada hərbi əməliyyat çərçivəsində Prezident Nikolas Maduronu ölkədən çıxarmasından bir neçə gün sonra ABŞ Dövlət Departamenti "X" sosial şəbəkəsindəki rusdilli hesabında müraciət yayımlayıb.
Teleqraf xəbər verir ki, mesajda Rusiyaya ABŞ Prezidenti Donald Trampla oyun oynamamaq tövsiyə olunub.
“Prezident Trampla oyun oynamayın. Prezident Tramp sözünün üstündə duran insandır. Bunu bilmirdiniz? İndi bilirsiniz”, - paylaşımda qeyd edilib.