BAKI, 9 dekabr. TELEQRAF

“ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiyanı sülh sazişi imzalamağa yönəltmək üçün hansı təsir rıçaqlarından istifadə edəcəyini bilir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin NATO-da daimi nümayəndəsi Metyu Uitaker deyib.

“Tramp həm Rusiya, həm də Ukraynanı sülh sazişini imzalamağa razı salmaq üçün hansı rıçaqlardan istifadə edəcəyini bilir”, - o bildirib.

Uitaker əlavə edib ki, sülh sazişinin əldə olunmasında irəliləyiş olmasa, ABŞ nizamlanma cəhdlərindən imtina edə bilər:

“Proses elə bir nöqtəyə çata bilər ki, Prezident Tramp artıq sazişin mümkün olmadığı qənaətinə gəlsin. Bu halda isə o, prosesdən kənara çəkiləcək”.