BAKI, 23 oktyabr. TELEQRAF
“Donald Tramp heç vaxt Ukraynanın tərəfini tutmayacaq”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın sabiq müşaviri Con Bolton deyib.
Keçmiş müşavirin fikrincə, Donald Tramp həmişə Vladimir Putinin tərəfini tutacaq.
“Tramp Ukrayna ilə bağlı nizamlanmaya və ya ən azı ona gələn il Nobel sülh mükafatını qazanmaq şansı verəcək atəşkəsə nail ola bilməyəcəyinə qərar verərsə, ondan uzaqlaşacaq”, - o bildirib.
Con Bolton əmindir ki, Tramp heç bir halda Ukraynanı dəstəkləməyəcək:
“Tramp hələ də düşünür ki, dostu Vladimir Putin ona kömək edə bilər. Əslində o, bu münaqişədən çıxmaq istəyir, amma bunu məğlub kimi görünmədən etmək istəyir”.