BAKI, 29 sentyabr. TELEQRAF
Kolumbiya Prezidenti Qustavo Petronun ABŞ vizasının ləğvi - Vaşinqton tərəfindən siyasi təzyiq və hədələmə cəhdidir.
Teleqraf xəbər verir ki, bu fikri Boliviya Prezidenti Luis Arse ifadə edib.
“Biz Fələstin xalqını müdafiə edən, soyqırımını açıq şəkildə dilə gətirən və beynəlxalq hüquq prinsiplərini, insan haqlarını və xalqların öz müqəddəratını təyin etmək hüququnu qoruyan şəxsləri qorxutmaq üçün həyata keçirilən bu siyasi təzyiqi pisləyirik", - o, “X” sosial şəbəkəsində yazıb.