BAKI, 19 avqust. TELEQRAF
“Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətlərimə baxmayaraq, Ukraynadakı münaqişə ilə bağlı konkret nəticələr lazımdır”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Prezident Putinə zəng etdim, bizim yaxşı münasibətimiz var, ancaq nəyəsə nail olmağımız vacibdir. Yoxsa münasibətimiz məni maraqlandırmayacaq”, - o bildirib.
Trampın sözlərinə görə, əvvəllər Rusiya-Ukrayna münaqişəsinin həllinin bütün konfliktlər arasında ən sadəsi olacağını düşünüb, amma sonradan ona məlum olub ki, buna son qoymaq üçün həll yolunu tapmaq ən çətinidir.