BAKI, 20 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Barak Obamanı 2016-cı il seçkilərində saxtakarlıq etməkdə günahlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, özünün “Social Truth” sosial şəbəkəsində yazıb.

Tramp ABŞ-nin milli kəşfiyyat direktoru Tulsi Qabbardın və Ağ Evin mətbuat katibinin birinci müavininin çıxışını müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu şəxslər “Obamanın və ən yüksək səviyyədə seçki saxtakarlığında ifşa edilmiş digər quldurların təqib edilməsinin zəruriliyi barədə fantastik” çıxış ediblər. Bununla yanaşı, Ağ Ev rəhbəri Obama administrasiyası dövründə ABŞ kəşfiyyatından siyasi alət kimi istifadə edildiyini bəyan edən Qabbardı təbrik edib.

Daha əvvəl Qabbard bildirmişdi ki, 2016-cı il seçkilərindən bir neçə ay əvvəl ABŞ kəşfiyyatı Rusiyanın ölkədəki seçkilərə müdaxilə etmək imkanının olmadığını hesab edib. Lakin 2016-cı ilin dekabrında Tramp qələbə qazandıqdan sonra Obama administrasiyası əvvəlki qiymətləndirmələrə zidd olan yeni bir hesabat hazırlamaq barədə göstəriş verib. Qabbard qeyd edib ki, kəşfiyyatın Rusiyanın seçki nəticələrinə təsir etmədiyi barədə əsas nəticəsi həmin hesabatdan çıxarılıb və məxfiləşdirilib.