BAKI, 22 aprel. TELEQRAF
"ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin dediklərinə inanmağa meyllidir".
Teleqraf xəbər verir ki, bunu Donald Trampın 2018-2019-cu illərdə milli təhlükəsizlik üzrə müşaviri olmuş Con Bolton deyib.
“Tramp müəyyən bir anda razılaşdığı adamı dinləyir. Putinin Tramp və Utikoffu manipulyasiya etmək bacarığı olduqca narahatedicidir. Çünki Tramp Putinin dediklərinə inanmağa meyllidir”, - siyasətçi qeyd edib.
Bolton xatırladıb ki, Tramp Putini “dost” adlandırıb, dostlar bu məntiqlə yalan danışmamalıdırlar:
“Uitkoff isə kifayət qədər məlumatlı olmadığı üçün həqiqəti yalandan ayıra bilmir. Buna görə də Trampı Putinin ona Amerikanın maraqlarına uyğun olanı demədiyinə inandırmaq üçün yollar tapmaq lazımdır”.