BAKI, 18 aprel. TELEQRAF

ABŞ Rusiya-Ukrayna müharibəsinə son qoymaq ehtimalı ilə bağlı nikbindir.

Teleqraf xəbər verir ki , bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İtaliya Baş naziri Corciya Maloni ilə görüşündə deyib.

“Düşünürəm ki, hətta son 24 saat ərzində olanlarla bağlı da maraqlı xəbərimiz var. Danışıqlar davam etdiyi üçün bunu qabaqcadan açıqlamayacağam, amma bu amansız müharibəyə son qoya biləcəyimizə dair nikbin və ümidliyik.