BAKI, 25 may. TELEQRAF
Mayın 24-də vəzifəyə başlayan Benin Prezidenti Romoald Vadanyi fərmanla yeni hökumət təyin edib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyası məlumat yayıb.
Yeni hökumət 19 nazir və 5 xüsusi nümayəndədən ibarətdir. Nazirlərin üçdə biri keçmiş prezident Patris Talonun rəhbərlik etdiyi əvvəlki hökumətin tərkibində olub. Respublikanın Fransadakı keçmiş səfiri Korin Amauri Brunet xarici işlər naziri, Aristide Medenu isə maliyyə naziri təyin edilib. Əvvəlki hökumətdə bu vəzifəni Vadanyinin özü tuturdu.
Benində baş nazir yoxdur, hökumətə prezident rəhbərlik edir. Müdafiə və təhlükəsizlik birbaşa dövlət başçısının səlahiyyətindədir.
Benində aprelin 12-də iki namizədin iştirak etdiyi prezident seçkiləri keçirilib. 49 yaşlı Vadanyi səslərin 94 faizini toplayıb. O, Konstitusiya ilə müəyyən edilmiş iki müddətlik məhdudiyyətə görə seçkilərdə iştirak etməyən Patris Talonu əvəz edib.