BAKI, 8 may. TELEQRAF

Keniyanın şimal-qərbində lisenziyasız qızıl hasilatı aparılan şaxtanın çökməsi nəticəsində azı 15 nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə “Anadolu Ajansı” məlumat yayıb.

Məlumata görə, ölənlərdən 10-u qadındır. Hadisə nəticəsində 12 nəfər sağ qalaraq xəstəxanaya yerləşdirilib.

Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Keniya Qızıl Xaç Cəmiyyəti ölənlərin sayının arta biləcəyini istisna etmir.

Qeyd edək ki, qəzanın böyük bir daşın düşməsi nəticəsində divarların çökməsi səbəbindən baş verdiyi bildirilir.