BAKI, 26 aprel. TELEQRAF

Malinin Qao şəhəri yaxınlığında Rusiya Müdafiə Nazirliyinin "Afrika Korpusu"na məxsus hərbi helikopter vurulub. Hadisə nəticəsində göyərtədə olanların hamısı həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın "Fighterbomber" teleqram kanalının rəhbəri İlya Tumanov məlumat yayıb.

"Afrikada helikopterimiz vurulub. Göyərtədəki heyət və mobil atəş qrupu həlak olub", - deyə o bildirib.

Məlumatda helikopterin "xarici atəş təsiri", yəni zenit-raket kompleksi vasitəsilə vurulduğu ehtimal edilir.

Qeyd edək ki, Rusiya hazırda Malidə əvvəllər "Vaqner" tərəfindən idarə olunan, indi isə Müdafiə Nazirliyinə tabe olan "Afrika Korpusu" ilə təmsil olunur. Rusiya hərbçiləri ölkədəki bir neçə strateji bazaya nəzarət edir.