BAKI, 23 fevral. TELEQRAF

Çad hökuməti Sudanla sərhədi bağlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Tchad24” televiziya kanalı məlumat yayıb.

“Çad hökuməti ölkə ərazisi və sərhəd keçidlərinə təkrarlanan müdaxilələrə cavab olaraq, Sudanla sərhədin dərhal bağlandığını bəyan edir”, - məlumatda qeyd olunur.