BAKI, 13 avqust. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron Kamerun və Fransa tarixçilərinin 1945-1971-ci illər müstəqillik hərəkatlarını araşdıran birgə hesabatının dərcindən sonra Kamerundakı fransız qüvvələrinin ölkənin müstəqillik mübarizəsi zamanı və ondan sonra zorakılıq tətbiq etdiyini ilk dəfə açıq şəkildə etiraf edib.
Teleqrafın xəbərinə görə, Makron Kamerun Prezidenti Pol Biyaya göndərdiyi məktubda qeyd edib ki, o illər müharibə dövrü olub, bu dövrdə müstəmləkəçi hakimiyyət və Fransa ordusu müxtəlif zorakılıq formalarından istifadə edib.
Prezident həmçinin Fransa əməliyyatları zamanı öldürülən 4 müstəqillik liderinin adını çəkib.
Hesabata görə, Fransa radikal silahlı qruplara dəstək verərək on minlərlə insanı qətlə yetirib, yüz minlərlə insanı düşərgələrdə yerləşdirib.
Makron araşdırmanı davam etdirməyə və universitetlərin istifadəsinə verməyə hazır olduğunu bildirərkən, Kamerunda müzakirələrin mərkəzinə çevriləcək mümkün kompensasiyadan danışmayıb.
Son illərdə Makron dəfələrlə Fransanın müstəmləkə keçmişinə, o cümlədən 1944-cü ildə Seneqaldakı qırğına və Fransanın Ruanda soyqırımındakı roluna toxunub.