BAKI, 9 avqust. TELEQRAF

Fransa hakimiyyəti Əlcəzairin Parisdəki səfirliyinin keçmiş birinci katibi, 2021-2024-cü illərdə bu vəzifədə olmuş Səlahəddin Sellomun həbsinə beynəlxalq order verib.

Teleqraf xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, order “bir və ya bir neçə cinayət hazırlamaq məqsədi ilə terrorçu-cinayətkar dəstədə iştirak” ittihamı ilə verilib.

Müstəntiqlər Sellumun 2024-cü ilin aprelində Əlcəzair hakimiyyətini tənqid edən araşdırmaçı-jurnalist Əmir Buxorsun Val-de-Marnda (Paris ətrafı) oğurlanmasında iştirak etməkdə şübhələnirlər. Əlcəzair 41 yaşlı jurnalistin ekstradisiyasını tələb etsə də, 2022-ci ildə Fransa məhkəmələri bundan imtina edib.