BAKI, 26 iyun. TELEQRAF

Keniyanı bürüyən etiraz aksiyaları 16 nəfərin ölümünə səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi “Amnesty International” təşkilatının Keniya bölməsinə istinadən məlumat yayıb.

"16 nəfərin ölümü təsdiqlənib. Onların əksəriyyəti polis tərəfindən öldürülüb", - təşkilatın icraçı direktoru İrunqu Hauton agentliyə bildirib.

Qeyd edək ki, daha əvvəl 8 nəfərin öldüyü bildirilirdi.

Son məlumatlara görə, etirazlar Keniyanın 47 bölgəsindən 23-nü əhatə edib. Azı 400 nəfərin yaralandığı və ya xəsarət aldığı bildirilir. Xəstəxanada olanlardan bəzilərinin vəziyyəti kritik olaraq qiymətləndirilir.