BAKI, 30 may. TELEQRAF
Nigeriyanın Niger ştatının Mokva şəhərində baş verən güclü daşqın azı 115 nəfərin ölümünə səbəb olub.
Teleqraf “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində minlərlə ev dağılıb.
İtkin düşənlərin olduğu bildirilir. Xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, Moka şəhərində güclü yağışlar cəmi bir neçə saat davam edib. Şəhərin yaxınlığında yerləşən bəndin dağılması daşqının baş verməsinə səbəb olub.