BAKI, 28 noyabr. TELEQRAF

“Ukrayna üçün təhlükəsizlik zəmanətlərində bir neçə konkret və olduqca mühüm məqam var, bunlara Avropa İttifaqına üzvlük, güclü ordu və ölkənin bərpasının maliyyələşdirilməsi daxildir”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Dövlət başçısı əlavə edib ki, təhlükəsizlik zəmanətləri atəşkəs və onunla bağlı razılaşma ilə birlikdə nəzərdə tutulur, bu, NATO-ya bənzər mexanizm olmalıdır:

“Bu o deməkdir ki, Rusiya yenidən təcavüzə əl atsa, bəzi tərəfdaşlarımız buna reaksiya verəcəklər. Ancaq onların necə reaksiya verəcəyini bilmirik. Mənim üçün təhlükəsizlik zəmanətlərindən danışarkən hər şey aydın olmalıdır”.

Zelenski qeyd edib ki, Rusiyanın başlatdığı müharibə davam edir, buna görə də Ukrayna Moskvanı nəyin çəkindirə biləcəyini anlayır.

“Bu, konkret rəqəmlər deməkdir: sülh nizamlanması zamanı neçə ölkənin və həmin ölkələri təmsil edən neçə hərbçinin ərazimizdə yerləşəcəyini dəqiq bilməliyik”.