BAKI, 6 oktyabr. TELEQRAF
İsrail müdafiə naziri İsrael Kats Fələstinin HƏMAS Hərəkatının mümkün hücumları barədə məlumatlar əsasında Qəzza zolağında ordunun hazırlıq səviyyəsini artırmağı əmr edib.
Teleqraf xəbər verir ki, o, HƏMAS-ın oktyabrın 7-də Qəzzada İsrail qüvvələrinə hücum etmək niyyətində olduğunu göstərən məlumatların olduğunu bildirib.
“İsrail ordusu ən pis ssenarilərə hazır olmalıdır”, - müdafiə naziri deyib.
Kats əlavə edib ki, istənilən məlumat və ya xəbərdarlığa cavab olaraq, hazırda görülən qətiyyətli tədbirlərlə yanaşı, istənilən təhlükəni zərərsizləşdirmək üçün qətiyyətli addımlar atılmalıdır.
Müdafiə naziri İsrail qüvvələrinin zərər görə biləcəyi ehtimalı ilə bağlı qeyd edib: “HƏMAS və Qəzza əhalisi ağır və son dərəcə qeyri-mütənasib bədəl ödəyəcək”.