BAKI, 5 oktyabr. TELEQRAF
Yəmən Silahlı Qüvvələri paytaxt Səna şəhərini qiyamçı “Ənsarallah” Hərəkatından (husilər) azad etmək üçün hərbi əməliyyata başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Yəmən Prezidenti Rəşad əl-Əlimi məlumat verib.
“Allahın xeyir-duası ilə dövlət institutlarını bərpa etmək, paytaxt Sənanı azad etmək və terrorçu husilərin çevrilişinə son qoymaq məqsədilə “Yəmənin Sübhü” əməliyyatı başlayıb”, - Yəmən lideri vurğulayıb.
Yəmən ordusu bu gün səhər saatlarında Bab əl-Məndəb boğazı yaxınlığında yerləşən Zübab rayonu üzərində nəzarəti bərpa edib. Yəmən husiləri ərazidən çıxarıb. Zübabın geri alınmasından əvvəl bölgədə şiddətli döyüşlər gedib, Yəmən ordusu əks-hücum nəticəsində qiyamçıların təchizat xətlərini tamamilə kəsə bilib.