BAKI, 21 avqust. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə müharibəyə son qoymağa çağırıb.

Teleqraf xəbər verir ki, dövlət başçısı müharibənin İran daxilində bir sıra problemlər yaratdığını söyləyib.

“Güclü olduğumuz, bütün dünyanın qələbəmizi etiraf etdiyi bir vaxtda müharibəni başa çatdırmaq daha yaxşı olar”, - Pezeşkian bildirib.

Prezident ölkənin sosial-iqtisadi durumuna da diqqət çəkərən deyib ki, inflyasiya problemlər və müharibənin yaratdığı çətinliklərə dair tənqidlər bəzi şəxslərin səsləndirdiyi şüarlarla uyğun gəlmir: “Şüar səsləndiririksə, onun gətirdiyi çətinlikləri də qəbul etməliyik”.

Məsud Pezeşkianın iddiasına görə, İran Silahlı Qüvvələri tam hazır durumdadır:

“Bu gün bizim inancımız budur ki, bütün komandirlərimiz və Silahlı Qüvvələrimiz canlarını ovuclarına alaraq ölkəni müdafiə etmək üçün tam hazır vəziyyətdədirlər”.