BAKI, 20 avqust. TELEQRAF

İran xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın ölkəsinə iqtisadi müharibə elan etməsinə reaksiya verib.

Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

Əraqçi iddia edir ki, İrana qarşı iqtisadi müharibə hədəsi ABŞ ictimaiyyətinin diqqətini ölkədəki daxili maliyyə böhranlarından, misli görünməmiş dövlət borcundan və faiz ödənişlərinin kəskin artmasından yayındırmaq məqsədi daşıyır.

“ABŞ-nin iqtisadi terrorizmi dünya iqtisadiyyatını və bütün dünyada dövlətlərin suverenliyini təhdid edir”, - İran xarici işlər naziri vurğulayıb.