BAKI, 19 avqust. TELEQRAF
İranın dövlət televiziyasının efirində ABŞ Prezidenti Donald Trampın öldürülməsi üçün pultoplama (ianə) kampaniyasının başladıldığı bildirilib.
Teleqraf xəbər verir ki, bu barədə MEMRI TV məlumat yayıb.
Kanalın məlumatına görə, televiziya aparıcısı Məryəm Qasemi tamaşaçılara müraciət edərək, Donald Trampı öldürəcək şəxs üçün mükafat verilməsi məqsədilə pul bağışlamağı xahiş edib. O qeyd edib ki, İran xalqının arzusu bir gün Amerika liderinin ölüm xəbərinin canlı efirdə səsləndirilməsidir.
Məlumata görə, televiziya kanalı 10 dəqiqə ərzində 100 milyon İran tüməni toplayıb, bu da təxminən 535 ABŞ dollarına bərabərdir.