BAKI, 18 avqust. TELEQRAF
İsrail Müdafiə Qüvvələri Fələstinin “İslami Cihad” Hərəkatının təchizat bölüyünün komandirini məhv edib.
Teleqraf xəbər verir ki, ordunun açıqlamasında onun 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrailə hücumda iştirak etdiyi bildirilib.
“İsrail Müdafiə Qüvvələri Xan Yunisdə “İslami Cihad” terror təşkilatının təchizat bölüyünün komandiri Tariq Ənvər Xamis Raini məhv edib. Rai 7 oktyabr qətliamı zamanı ölkə ərazisinə daxil olaraq, İsrail vətəndaşlarının qaçırılmasında iştirak edib”, - açıqlamada qeyd olunub.