BAKI, 17 avqust. TELEQRAF
“ABŞ son aylarda Hörmüz boğazına yaxınlaşa bilmir”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Əmir Həyat-Müqəddəm yerli mediaya deyib.
“İran İslam Respublikası öz təhlükəsizliyini və milli maraqlarını müdafiə etmək məsələsində ciddidir və heç bir xarici gücün ölkənin ətrafındakı strateji bölgələrlə bağlı qərar verməsinə icazə verməyəcək”, - o bildirib.
Müqəddəm ABŞ Prezidenti Donald Trampın açıqlamalarını da şərh edib:
“Trampın davranışları və açıqlamaları bir çox hallarda qeyri-rasional xarakter daşıyır və bu cür sözlər reallıqdan daha çox, xülya və çox şişirdilmiş iddialardan qaynaqlanır. Onun açıqlamaları iddialarla meydandakı reallıqlar arasındakı məsafəni göstərir”.