BAKI, 14 avqust. TELEQRAF

Fələstinin HƏMAS Hərəkatının İsrailə hücumda və girovların götürülməsində iştirak edən bölük komandiri Məhəmməd Müştehi Qəzza zolağına hava hücumu zamanı öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bəyanatda bildirilib ki, HƏMAS-ın bu üzvü yaxın vaxtlarda İsrail ordusunun hərbçilərinə və ölkənin mülki əhalisinə qarşı hücumlar həyata keçirməyə çalışıb.

Qeyd olunub ki, İsrail ordusunun Cənub Komandanlığının tabeliyində olan hərbi qüvvələr razılaşmaya uyğun olaraq hələ də bölgədədir və istənilən təhlükəni aradan qaldırmaq məqsədilə əməliyyatları davam etdirəcək.