BAKI, 12 avqust. TELEQRAF
Suriya Kolumbiyanın Qolan təpələri üzərində İsrailin suverenliyini tanımasına etiraz edib.
Teleqraf xəbər verir ki, Dəməşq BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə rəsmi məktub göndərərək Kolumbiyanın bu qərarını qınadığını və qəti şəkildə rədd etdiyini bildirib.
Ölkənin Xarici İşlər Nazirliyi də bəyan edib ki, Qolan təpələri Suriyanın ayrılmaz ərazisidir və İsrailin suverenliyinin tanınması beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə ziddir.
Kolumbiya hökuməti avqustun 10-da İsrailin Qolan təpələri üzərində suverenliyini tanıyıb.
Qolan yüksəklikləri 1944-cü ildən Suriyaya məxsus olub. İsrail regionu 1967-ci ildə “Altıgünlük müharibə” zamanı ələ keçirib. İsrail parlamenti 1981-ci ildə bölgə üzərində İsrail suverenliyini birtərəfli qaydada elan edən qanun qəbul edib.
BMT Təhlükəsizlik Şurasının 17 dekabr 1981-ci il tarixli 497 saylı qətnaməsi isə İsrailin Qolan təpələrini ilhaq etməsini hüquqi qüvvədən məhrum və etibarsız elan edib.