BAKI, 11 avqust. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyi Moskvanın Suriyadakı hərbi bazalarının gələcəyi ilə bağlı əldə olunan razılaşmanı iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm addım adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Suriya və Rusiya 18 ay davam edən intensiv danışıqlardan sonra Moskvanın Tartus və Xmeymim şəhərlərindəki bazalarının gələcəyi ilə bağlı məsələnin həlli üçün anlaşmaya nail olub.

Razılaşmaya əsasən, Suriya hökuməti Xmeymim hava limanı və Tartus limanının qeyri-hərbi obyektlərinin idarəçiliyini öz üzərinə götürəcək. Bu obyektlərin tədricən ölkənin mülki strukturuna inteqrasiyası nəzərdə tutulur.

Həmçinin hərbi obyektlərin birgə təlim mərkəzlərinə çevrilməsi planlaşdırılır və bu prosesin üç ay ərzində başa çatdırılması nəzərdə tutulur.