BAKI, 10 avqust. TELEQRAF
İsrail Xarici İşlər Nazirliyi Möhsün Rezayinin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin olunmasına münasibət bildirib.
Teleqraf xəbər verir ki, açıqlamada onun İran İslam İnqilabı Keşikçiləri Korpusundakı (SEPAH) fəaliyyətinə və 1994-cü ildə Buenos-Ayresdə yəhudi icmasına məxsus AMIA Mərkəzində baş vermiş terror aktındakı iştirakına toxunulub.
İsrail XİN qeyd edib ki, 85 nəfərin ölümü ilə nəticələnən bu partlayışdakı roluna görə Rezayi “İnterpol” tərəfindən qırmızı bülletenlə axtarışdadır.
“İran rejimi terrora sitayiş edir, onun təşkilatçılarını mükafatlandırır və onları hakimiyyətin ən yüksək səviyyələrinə yüksəldir”, - qurum əlavə edib.