BAKI, 6 avqust. TELEQRAF
Türkiyə Hörmüz boğazında gəmilərin gediş-gəlişinin yaxın vaxtlarda bərpa olunacağını gözləyir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada suriyalı həmkarı Əsəd əl-Şeybani ilə keçirdiyi danışıqların yekunlarına dair bəyanatında bildirib.
"ABŞ və İran arasında danışıqların bərpa olunması imkanına dəlalət edən bəyanatları alqışlayırıq. Atəşkəs rejiminin tezliklə bərpa ediləcəyinə və Hörmüz boğazının açılacağına ümid edirik. Bu prosesə töhfə verməyə və danışıqları dəstəkləməyə davam edəcəyik", - o vurğulayıb.