BAKI, 16 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İraq Baş naziri Əli əl-Zeydini iyulun ortalarında Vaşinqtona səfərə dəvət edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Tomas Barak Bağdadda İraq hökumətinin yeni başçısı ilə görüşündə bildirib.

Tərəflər əl-Zeydinin rəhbərlik etdiyi İraq hökuməti və Donald Tramp administrasiyasının qarşılıqlı faydaya əsaslanan güclü tərəfdaşlıq qurmaq öhdəliyini bir daha təsdiqləyiblər. Qeyd edilib ki, bu tərəfdaşlıq hər iki ölkə üçün təhlükəsizlik, sabitlik və rifahı təmin edəcək.

Əli əl-Zeydi və Tomas Barak həmçinin Bağdad və Vaşinqton arasında ticari-iqtisadi və İraqa elektrik enerjisi təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsini vurğulayaraq, bunun ikitərəfli strateji əməkdaşlığın bir hissəsi olduğunu bildirib.

Tərəflər federal, demokratik, güclü və tam suveren İraqı dəstəklədiklərini də bəyan ediblər.