BAKI, 12 iyun. TELEQRAF
ABŞ və İran arasında münaqişənin həlli üzrə memorandum 14 bənddən ibarətdir.
Teleqraf xəbər verir ki, bu barədə sənədin mətnini dərc edən “Mehr” agentliyi məlumat verib.
Mümkün saziş aşağıdakı müddəaları (İranın şərtləri – red.) əhatə edir:
Dəniz blokadasının 30 gün ərzində ləğvi və ABŞ hərbi qüvvələrinin İranla sərhəd ərazilərdən çıxarılması;
ABŞ və müttəfiqləri (ərəb ölkələri – red.) tərəfindən müqavilə çərçivəsində İranda yenidənqurma üçün ən azı 300 milyard dollar dəyərində planların təqdim edilməsi;
İran nefti və neft məhsullarının satışına qarşı sanksiyaların dayandırılması;
İran və ABŞ arasında 60 gün ərzində nüvə danışıqlarının aparılması və bundan sonra razılaşmanın imzalanması;
12 milyard dollarlıq dondurulmuş hesabların açılması, blokadanın qaldırılması və neft sanksiyalarının dayandırılması (Nüvə danışıqları üçün şərtlər red.).
“Mehr” iddia edib ki, İranın ballistik raket proqramı və Tehranın bölgədəki proksi qüvvələrinə dəstək məsələləri ABŞ-İran memorandumunun mətninə daxil edilməyib.