BAKI, 11 iyun. TELEQRAF
Küveyt hava məkanını yenidən açıb, ölkənin əsas hava limanı isə fəaliyyətini bərpa etməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
Bildirilib ki, Küveyt İranın bölgədə həyata keçirdiyi hücumlar fonunda təhlükəsizlik səbəbindən çərşənbə axşamı səhər saatlarında hava məkanını müvəqqəti bağlamış, bəzi reyslər isə alternativ marşrutlara yönləndirilmişdi.
Hazırda məhdudiyyətlər aradan qaldırılıb və hava limanının fəaliyyətinin mərhələli şəkildə bərpa olunacağı açıqlanıb.