BAKI, 27 iyul. TELEQRAF
Çin Sədri Si Cinpin Qırğızıstana dövlət səfəri edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan xarici işlər naziri Jenbek Kulubayev məlumat verib.
Qırğız nazir məsələni çinli həmkarı Van Yi ilə görüşündə müzakirə edib.
Səfər Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 31 avqust - 1 sentyabr tarixlərində Bişkekdə keçiriləcək sammiti ilə əlaqəlidir.